Yunanıstan parlamenti cinsiyyəti dəyişdirməyə icazə verdi

  • By admin
  • 10 Oktyabr 2017 21:35

3500
Yunanıstanda 15 yaşdan yuxarı hər kəsin cinsiyyətini dəyişdirməyə icazə verən qanun layihəsi qəbul edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, layihə, Yunanıstan parlamentində keçirilən səsvermədə 171 lehinə, 114 əleyhinə səslə qəbul edilib.

Qanun layihəsində qeyd edilib ki, cinsiyyətini dəyişdirmək istəyənlərin müraciətləri həkim, psixoloq və digər mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılacaq, daha sonra baxılması üçün müvafiq məhkəməyə göndəriləcək.

Gununsesi.info