Yunanıstan yaralı miqrantları zorla Türkiyəyə göndərdi - FOTO

  • By admin
  • 20 Oktyabr 2019 12:38
Avropanın qaçqınlara qarşı qəddar münasibəti davam edir. Bu dəfə Yunanıstan qaçaq yollarla ölkəyə gələn və yol qəzası keçirən 22 yaralı miqrantı məcburi Türkiyəyə göndərib. 
Gununsesi.org xəbər verir ki, qəzada yaralanan Əfaqanıstan, Pakista və Şri-Lankadan olan 22 miqrantlar Türkiyə ərzisinə keçirilib. Yaralı halda polis tərəfindən tapılan miqrantlar xəstaxanaya yerləşdirilib.
Bildirilir ki, Yunanıstan ərazisinə keçən miqrantların avtobusuna polis tərəfindən dur, əmri verilib. Lakin sürücü polisə tabe olmayaraq yoluna davam edib. Bu zaman polisin atəş açması zamanı sürücü idarəetməni itirib və avtobus aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Gununsesi.org