Yunanıstanın keçmiş naziri koronavirusdan öldü

  • By admin
  • 08 May 2020 14:26

Yunanıstanın sabiq səhiyyə naziri Dimitris Kremastinos koronavirus pandemiyasının qurbanı olub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Vasilis Kikilias məlumat verib.

Bildirilib ki, 78 yaşlı professor D.Kremastinosa koronavirus diaqnozu bir neçə həftə öncə qoyulub.

O, 1993-cü ildə Andreas Papandreunun hökumətində səhiyyə naziri təyin edilib.

Gununsesi.org