Yunanıstanın prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

  • By admin
  • 25 Aprel 2018 20:13


Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.
Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.

Gununsesi.info