Yunanlar SOCAR-a “hə” deyəcəkmi, böhran aradan qalxacaqmı?

  • By admin
  • 28 Sentyabr 2016 16:08

des

“DESFA-nın yeni şərtləri Azərbaycan tərəfinin maraqlarına uyğun deyil”

Dünən Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstan hökumət nümayəndələri arasında DESFA-nın özəlləşdirməsi ilə bağlı məsələləri növbəti dəfə müzakirəyəçıxardılar.  Gununsesi.info SOCAR-a istinadən bildirir ki, saat yarım ərzində davam edən danışıqlar səmimi və müsbət əhval-ruhiyyədə keçibr. Baş nazir A.Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirdiyini bildirib. O, qeyd edib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olmasıüçün bütün mümkün addımları atmağa hazırdır.

DESFA şirkətinin özəlləşdirilməsi ətrafında yaranmış böhranı tənzimləmək məqsədi ilə tərəflər işçi qrup yaradılması haqqında razılığa gəliblər. Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən Baş nazirin iqtisadi məsələlər üzrə Baş müşaviri Dimitrios Liakosun rəhbərlik etməsi haqda razılıq əldə olunub. Qeyd edilib ki, işçi qrup Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.

İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədi ilə SOCAR təminat məktubunun 31 oktyabr 2016-cı il tarixinə qədər uzadılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəməşirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcışirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 milyon avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

Hazırda isə DESFA ilə SOCAR arasında danışıqlar “Qordi düyünü”nə  dönüb. 2013-cü ildən sonra Yunanıstanda yeni hökumətin qurulması müqavilənin prosedurlara yenidən baxmağa vadar etdi. Eyni zamanda Avropa Komissiyası müqavilədə “inhisarçı” elementlərinin sezilməzini əsas gətirərək, şərtlərin analiz edilməsini əsas saydılar. Bundan sonra prosesin reallaşması daha da uzandı. Antiinhisar prinsiplərinəəsaslanan Yunanıstan dövləti SOCAR–ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif etdi.Üçüncü tərəfə satılması təklif olunan səhm paketini İtaliyanın “Snam” şirkəti almaq niyyətindədir.

Həmin vaxt Yunanıstanın iqtisadi böhran yaşaması, Avropa Birliyindən 300 milyard avro yardım paketi alması proseslərə başqa don geyindirdi.Hazırda isə yaranmış vəziyyətdən yararlanaraq,  yunan hökuməti dövlət aktivlərini elə satmaq istəyrlər ki, xeyli uduş qazansınlar.

SOCAR prezidenti Rövnəq Abdullayev isəYunanıstan hökumətini DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna zidd hərəkət etməkdə qınayır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, danışıqların uzanmasının səbəbi satıcının maksimum yararlanmaq istəməsidir: “Artıq maksimum yararlanmaq elə bir hədd çatıb ki, tender prosedurlarına dəyişiklik olur. Azərbaycan tərəfi isəözünün maksimum səylərini ortaya qoyub ki, tender prosedurlarınıəvvəlki qaydaya uyğun həll edə bilsin. Son danışıqlar ilkin bəhrəsini verməyə və daha 1 ay uzatmağa müvəffəq olub.

Yeni yaradılan komissiya 2013-cü ildə hansışərtlərlə müqavilə bağlanmışdısa, indi də həmin şərtləri realizə etməyə və Yunanistan tərəfini razı salmağa çalışacaq”.

İ.Şabah bildirib ki, vaxtilə bu qazpaylayıcışirkətdən 66 faiz payın alınmasından söhbət gedirdisə, indi bu rəqəm 49 faizə qədər düşüb: “Yunanıstan hökumət iyun ayında qanuna dəyişiklik edib. Həmin dəyişiklik əsasında paylayıcışəbəkədəölkədaxili  nəqletməvətariflər aşağı salınıb. Tariflərin aşağı salınması o deməkdir ki, SOCAR-ın bu layihədən gəlirliliyi növbəti on illiklərdə azalır. Bu isə Azərbaycan tərəfinin maraqlarına uyğun deyil. Eyni zamanda 2013-cü ildə bağlanan müqavilənin dəşərtlətinə uyğun gəlmir. ”.

Nəyə görə, SOCAR DESFA-dan pay almaqda bu qədər israrlıdır?

İ.Şaban buna belə aydınlıq gətirib: “Qaz ixracatçısı olan bir dövlət üçün qaz paylayıcışirkətlərində paya sahib olmaq çox yaxşı bir layəhədir. əgər SOCAR DESFA səhmlərinin yarı payına sahib olarsa, istər-istəməz operator olacaq. Əvvəla, Yunanistanın sıxılmış qaz terminalı var. Azərbayca tərəfi həmin terminala sahib dəçıxmış ola bilər.  Bu, o, deməkdir ki, gələcəkdə SOCAR dünyanın istənilən ölkəsindən maye qazı tankerlərlə qəbul edib, onu borularla Avropanın digər ölkələrinə ixrac etmək imkanı qazanır”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info