Yuri Lujkov Elçibəyi tənqid etdi - BAKIDA MƏNİMLƏ AZƏRBAYCAN DİLİNDƏ DANIŞDI

  • Müəllif: admin
  • 12 Dekabr 2018 20:56

Moskanın sabiq meri Yuri Lujkov mərhum prezident Heydər Əliyev haqqında xatirlələrindən danışarkən Əbülfəz Elçibəyi tənqid edib.

Gununsesi.org xəbər verir ki, sabiq mer Heydər Əliyevlə yaxın dost olduğunu deyib: “Biz yaxın dost idik. O nəin ki, Azərbaycanın bütün Sovetlər ölkəsinin böyük şəxsiyyəti idi.  Azərbaycanın nailiyyətləri onun adı ilə bağlı olub. Mən Azərbaycanın müstəqillik illərində Bakıya gəldim. Prezident o zaman Elçibəy idi. O mənimlə tərcüməçi vasitəsi ilə danışdı. Bundan çox təəccübləndim. O zaman xalqı yarıtmaz hakimiyyəti yola salıb, Heydər Əliyevi seçdi. Azərbaycanın inkişafı da Heydər Əliyevin qayıdışından sonra başladı”.

 Gununsesi.org