Yuxarı Qarabağ kanalında azyaşlı batıb

  • By admin
  • 02 Aprel 2018 19:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batdığı ehtimal edilir.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.​
Gununsesi.info