Nikoil Paşinyan baş nazir seçildiyi gündən etibarən Dağlıq Qarabağla bağlı müxtəlif açıqlamalar verir. Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan İlham Əliyev-Nikol Paşinyan görüşünün keçirilmə ehtimalından danışıb. “Armeniya” telekanalına danışan nazir görüşün yaxın həftələr ərzində baş tuta biləcəyini deyib.

Gununsesi.info BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən deputat Elman Məmmədov bildirib ki, Ermənistan dövlətinin siyasətini Nikol Paşinyan, Serj Sarksiyan və digərləri təyin eləmir: “Bu dövlətin siyasəti kənarda formalaşdırılıb, hazır formada qarşılarına qoyulur. Onlar da həmin yolla gedirlər. Dediklərini etməyəndə aqibətləri Serj Sarksiyanın aqibəti kimi ola bilər. Hələ ki, Paşinyan bişmiş, hazır diplomat kimi ortada deyil. O, meydandan hakimiyyətə gələn birisidir. Paşinyanın hakimiyyətə gəlməsində qərbin rolu böyük olub. Ona görə də Ermənistan Rusiya ilə qərb arasında hələ ki oynayır. Hər iki tərəfdən imtina etmək istəmir. Yuxarıdan nə göstəriş verilsə Paşinyan da o fikiri ifadə edəcək. Ümumillikdə Paşinyan meydan havası ilə ağzına gələni danışır. Qarabağla bağlı sərsəmləyir. Onun siyasətini və açıqlamalarını araşdıran politoloqlar da Paşinyanın bir vaxtlar söylədikləri fikirləri qarşısına qoyur. Nikol Paşinyan faktoru dövlət başçısı kimi deyil, oyunçu qismindədir. Gözləyək, görək nəticə necə olacaq”.












