Yuxusuzluq və təşviş pozuntusuna qarşı sadə qida

  • By ilhame
  • 02 Fevral 2024 20:14

Turşu kələmin mütəmadi istifadəsi beyinə pozitiv təsir edir.

 

 

Gununsesi.info xəbər verir ki, reabilitoloq Sergey Aqapkin mətbuata müsahibəsində psixoemosional vəziyyəti düzəltmək üçün tövsiyə verib.

 

“Duza qoyulmuş kələm təşviş və yuxusuzluqla mübarizədə kömək edir.

 

Hər gün axşam yeməyində bir qədər yemək yuxuya getməyə kömək edir

.

Analoji təsiri digər fermentləşdirilmiş ərzaqlar edir. Bu qidalar bağırsaq mikroflorasını düzəldən probiotiklərdir.

 

Məlumdur ki, bağırsaq spesifik şəkildə beyinlə bağlıdır, mikrofloranın yaxşılaşması mərkəzi sinir sistemini də yaxşılaşdırır.

 

Kələm bağırsaq mikroflorası ilə beyində dəyişiklik yaradır, təşvişi azaldır, yuxunu asanlaşdırır, insanı sakitləşdirir.

 

Təkcə onu nəzərə alın ki burda duz çoxdur, onu böyrək və təzyiq xəstələri yeməməlidir”.

Gununsesi.info