Zəlzələ nəticəsində xəsarət alanların sayı artır

  • By admin
  • 01 Dekabr 2017 20:18

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hazırda axtarış-xilasetmə işlər davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info