Zəlzələ qurbanlarının sayı 500-ə yaxınlaşır

  • Müəllif: admin
  • 26 Noyabr 2017 19:30

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.

Gununsesi.info