Zəlzələnin Türkiyəyə vurduğu zərər 84 milyard dollardır

  • By admin
  • 14 Fevral 2023 14:57

Türkiyədə fevralın 6-da yaşanan və çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan dəhşətli zəlzələlərdən sonra mütəxəssislər zəlzələnin vurduğu zərəri hesablayıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türk Yatırım və İş Dünyası Konfederasiyası (TÜRKONFED) bölgələrdəki dağıntılar nəticəsində ölkəyə 84.6 milyard dollar zərər dəydiyini açıqlayıb.

Qurumun təxminlərinə görə, zərərin 70.7 milyar dolları mənzil binalarına, 10.4 milyar dollarının milli gəlir itkisi olduğunu, 2.9 milyard dollarının isə iş itkisindən qaynaqlana biləcəyini açıqlayıb.

Xatırladaq ki, Qəhrəmanmaraş mərkəzli zəlzələ zamanı 31.643 nəfər ölüb, 60 mindən çox insan isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən təsirlənən bölgələrdə 1 il içində yeni tikinti çalışmaları edəcəklərini söyləymişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info