Zərdabda iki minik avtomobili toqquşdu, ölən və yaralananlar var

  • By admin
  • 13 Sentyabr 2016 00:54

yollllllllllllllllllllllllllllllllll

Zərdabda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Zərdab-Ağcəbədi yolunun Zərdab rayonunun Məmmədqasımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücüsü hadisə yerindən qaçan  90 UP 251 dövlət nömrə nişanlı  “Hyundai” markalı minik maşını ilə 10 LU 604 dövlət nömrə nişanlı “VAZ” 2106 markalı minik maşını toqquşub.

Nəticədə rayonun Gödəkqobu kənd sakini, 17 yaşlı Xitmət Mahir oğlu Seyidov hadisə yerində ölüb. “VAZ”  markalı maşının sürücüsü, 68 yaşlı Raquf İbad oğlu İbadov  və sərnişinləri 17 yaşlı Raya Mahir qızı Babayeva və onun həmyaşıdı Mehri Seyidağa qızı Mürşüdova aldıqları xəsarətlərlə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı  Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info