Zərif G7 sammitində Makronla görüş keçirdi

  • By admin
  • 26 Avqust 2019 09:32

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Biarritsada keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə İran XİN başçısı öz tvitter hesabında yazıb.

 Bundan başqa, o, Fransanın Xarici işlər naziri Jan-İv Le Drian və İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer ilə geniş danışıqlar apardığını bildirib.

Gununsesi.org