Zəruri ehtiyac yoxdursa, bayıra çıxmamalıyıq - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 24 Mart 2020 00:19

 

YAP Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı seçicilərinə müraciət edib.

Gununsesi.org həmin müraciəti təqdim edir:

 

Əziz seçicilərim, Dəyərli Nəsimi rayon sakinləri!

Bu gün dünya və dünyanın 200-ə yaxın dövləti koronavirus pandemiyasının təhlükəsi ilə mübarizə aparır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə yüzlərlə ölüm, on minlərlə xəstələnmə var. Hər ötən gün virus çox sürətlə yayılır və daha çox insanı yoluxdurur. Avropanın hətta İtaliya kimi inkişaf etmiş ölkələrində minlərlə ölüm və on minlərlə xəstələnmə halları var. Koronavirus dünyada ilk qeydə alındığı gündən ölkəmizdə ən az itki olması üçün dövlətimiz bütün güc və imkanlarını səfərbər etmişdir.

Təcrübə göstərir ki, koronovirus çox sürətlə yayılır və ən çox 65 yaşdan yuxarı və xəstə insanlar daha çox yoluxur və ağır fəsadlar verir. Dünyanın tanınmış alimləri bildirir ki, mübarizənin effektliliyi üçün tək hökumətin gücü yetərli deyil. Bu mübarizədə hər kəs öz töhfəsini verməlidir. Ölkəmizdə bu qlobal təhlükəyə qarşı apardığımız milli mübarizədə həmrəylik və milli birlik göstərməliyik.Bunun üçün ilk növbədə ən vacib şərt kimi hərəkıtliliyimizi tam məhdudlaşdırmalıyıq. Hər birimiz məsuliyyətimizi dərk edərək, ciddi dəstək olmalıyıq. Bu gün evdə qalmaq zamanıdır. Zəruri ehtiyac yoxdursa, bayıra çıxmamalıyıq, evdə qalmalıyıq. Ancaq evimizdə birgə yaşadığımız ailə üzvlərimizdən başqa heç kimlə təmasda olmamalıyıq. Qonaq getməməli, Qonaq qəbul etməməliyik. Bununla biz koronovirusdan xəstələnməni və riskləri minimuma çatdıra bilərik.

#EvdəQalSalamatQal #EvdəHəyatVar #EvdəQalAzərbaycan #SəndəCənnətVar #EvdəQalXalqımızıQoru #EvdəQalaqRiskAlmayaq #EvdəHəyatVar #EvimizəDünyaSığar #MənEvdəyəmSənDəQal