Zabratda ölümlə nəticələnən ağır yol hadisəsi baş verdi

  • By admin
  • 05 Noyabr 2016 12:51

yollllllllllllllllllllllllllllllllll

Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 07:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Hikmət Səfərov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Pərvanə Quliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info