Zahid Oruc keçmiş nazirlərə eyham vurdu

  • By admin
  • 09 Aprel 2020 13:11

“Hökumətdə məlum dəyişikliklər baş verməsəydi, bəşəri çağırışların qarşısında dayanmağımız çətin olardı. Ancaq hakimiyyətdəki yeni komanda ilə biz problemlərin qarşısına çıxa bildik”. 

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O bildirib ki, hökumətdə oliqarx-məmur burjuaziyası daralıb. Deputat qeyd edib ki, vergi sahəsində də ciddi irəliləyişlər əldə olunub. 

“Artıq vergi məmurları gələndə sahibkarlar əsmir, qorxmur. Çünki indi gülərüz vergi məmuru obrazı var”, – deyə Z.Oruc əlavə edib. 

Deputat onu da bildirib ki, koronavirus pandemiyası Azərbaycanda gizli iqtisadiyyatı üzə çıxarır. 

Gununsesi.org