Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü

  • By admin
  • 04 Oktyabr 2021 15:46

Azərbaycanın Müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb.

Gununsesi.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Gununsesi.info