Zakir Həsənov müalicə olunan hərbçilərə baş çəkdi — FOTOLAR

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 19:25

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.