Zakir Həsənov Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstərişlər verdi

  • By admin
  • 13 Avqust 2022 11:58

Azərbaycan Ordusuna Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı yeni göstərişlər verilib.

Gununsesi.info xəbər verir ki, tapşırışğı müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.

Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib.

Gununsesi.info