“Zakir Həsənova müraciət etdim, məni şərlədilər” -ŞİKAYƏT

  • By admin
  • 01 İyun 2016 17:58

bandotdel

Kəlbəcər rayonundan olan məcburi köçkün mən Həşimov Məhəmməd İsmayıl oğlu Gununsesi.info-ya məktub yollayıb. Şikayət xarakterli məktubunda Məhəmməd Həşimov bir neçə il əvvəl qanunsuz həbsindən danışır.

Şikayətçinin sözlərinə görə, həbsinə səbəb Müdafiə Naziri Zakir Həsənova video çəkiliş vasitəsilə müraciəti olub: “Mənim həbs olunmağımın səbəbi isə yaxın münasibətim olan, erməni əsirliyində olan Dilqəm Əsgərovun onun yaxın dostu Şahbaz Quliyevin və Həsən Həsənovun girov götürülməsi  və elə həmin ərəfədə Azərbaycan ordusu ilə erməni ordusunun arasinda olan elan olunmamış müharibənin qızışması oldu. bir Kəlbəcərli, xeyli sayda  yaxın və uzaq qohumları döyüşlərdə şəhid olmuz vətəndaş, müəllim kimi buna etiraz elədim. Video müraciətimdə bildirmişdim ki, Cənab Nazir bəs Siz deyirsiniz ki, bizim ordumuzun budcəsi ermənistanın ümumi büdcəsindən daha çoxdur, ordumuz “LAZIM GƏLSƏ”  Dağlıq Qarabağı(Şuşa, Xankəndi, Xocalı, Əsgaran, Xocavənd, Ağdərə və  hadrut) və ətraf ( Laçın, Kəlbəcər, Ağdam,Füzulu, Qubdalı, Zəngilan və Cəbrayıl) yeddi rayonu qısa bir zamanda düşmənin tapdağından azad etməyə qadirdir. Bəs, hanı Sizin “qüdrətli və rəşadətli” ordunuz ki, Dilqəmi, Şahbazı geri ala bilmir. Mən Dilqəm Əsgərovun Şahbaz Quliyevin düşmən əsarətində olduğunu hər düşünündükdə bir Azərbaycanlı kimi  xəcalətimdən, utancımdan yerin alt qatına girmək istəyirəm.  İllərdir ki, müxtəlif bəhanələrlə, müxtəlif yollarla bizim başşımıza torba keçirdirsiniz. Əgər Sizin şəninə təriflər yağdırdığınız ordunuzun əsarətdə olan torpaqlarımızı işğaldan azad etməyə cürəti şə səriştəsi çatmırsa, onda səfərbərlik elan edin,silahımızı, sursatımızı verin gedib vətənimizi düşmən əsarətindən azad edək yada bir yolluq qırılıb qurtaraq. Ən əsası odur ki, alnımızdakı bu xəcalət görüntülü qara ləkəni təmizləyək”.

Şikayətçi daha sonra yazır: “Bu müraciətim ictimailəşəndən sonra  13 oktyabr 2014-cü il tarixdə müəllim işlədiyim Şəmkir rayon Şiştəpə kənd tam orta məktəbindən işdən çıxanda hücuma məruz qaldım. DİN əməkdaşları məni saxtaq-qurama ittihamla şərlədilər ki, guya silah-saxlayıram. Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. İşgəncələr verdilər. Hazırda azadlıqdayam amma haqqımı tələb edirəm. İstəyirəm ki, məni şərləyənlər cəzalandırılsın.