
Gəncə şəhər Zabitlər evində Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti şəhidin hərbçi qızı Minarə Bayramovanı (İsmayılova) qəbul edib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, N saylı hərbi hissənin komandiri Elşan Sanayev tərəfindən qərəzli şəkildə təhqir edilib, işdən qovulan şəhid övladı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Minarə Mübariz qızı Bayramovanı (İsmayılova) və anasını hərbi hissəyə çağırılıblar.
Ötən gün Gununsesi.info saytında gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” sərlövhəli yazıda göstərilən faktlarla bağlı məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət müdafiə nazirinin şəxsi heyət üzrə müavini məsələni şəxsən araşdırır. Hərbi hissəyə ezam olunan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hazırda hərbi hissədə şəhid Mübariz İsmayılovun həyat yoldaşı Minayə xanıma birlikdə, təhqirlərə məruz qalan, şəhid övladı, çavuş M.Bayramovanı (İsmayılova) söhbətə dəvət ediblər. səhər saatlarından başlmış söhbət indiyədək davam edir.
Araşdırmanın nəticələriylə bağlı mətbuata məlumat veriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyi Gununsesi.info-da gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” adlı yazıya rəsmi münasibət bildirib.
Müdafiə Nazirliyindən saytımıza daxil olan açıqlamada bildirilir ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb.
“23 yanvar 2017-ci il tarixdə Gununsesi.info saytında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Minarə Mübariz qızı Bayramova (İsmayılova) ilə əlaqədar dərc olunan məqaləyə münasibət bildirərək, qeyd edirik ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət Müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb. Müraciətin yerində, dəqiq və daha ətraflı araşdırılması məqsədilə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hərbi hissəyə ezam olunub”-deyə, açıqlamada vurğulanıb.
Qeyd edək ki, müdafiə nazirinin şəxsi heyət üzrə müavini də general-leytenant Kərim Vəliyevdir.
Gülnaz Qənbərli
Gununsesi.info












