Zakir Qaralov çoxdan getməli idi - İLYAS İSMAYILOV

  • By admin
  • 05 May 2020 09:11

“Zakir Qaralov çoxdan getməli idi. Mən prokurorluq sistemində işləmişəm deyə, bu barədə danışmaq istəmirəm”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Azərbaycan SSR-in Baş prokuroru və Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan Ədalət Partiyasının sədri İlyas İsmayılov “Yeni Sabah”a müsahibəsində deyib.

Yeni təyin edilən Baş prokurorla bağlı danışan İ.İsmayılov bildirib ki, Kamran Əliyevi şəxsən tanımır: “Telefonla danışmışam. Yaxşı təsir bağışladı mənə, deyirlər təmiz adamdır”.

 

Gununsesi.org