Zakir Qaralov işçilərinə “Nazlı” aldı -PROKURORLAR YENİ AVTOMOBİLDƏ

  • By admin
  • 03 Oktyabr 2016 10:28

 

nnn

Ölkə başçısının hökumətin müşavirəsində məmurların və digər vəzifəli şəxslərin Naxçıvan Avtomobil Zavodu (NAZ) tərəfindən istehsal olunan “Naz-lifan” alması barədə göstərişinə əməl edən qurumların sayı artır. Gununsesi.info-nun xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti “Naz-lifan” alınıb.

1 oktyabr prokurorluq işçilərinin peşə bayramı zamanı bir çox prokurorlar Fəxri Xiyabana məhz yeni “NAZLI”larıyla gəliblər.

Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

İstehsal olunan modellər NAZ-Lifan 720,  NAZ-Lifan  820 (Premium modellər), NAZ-Lifan 620, NAZ-Lifan 630 (sedan modellə), NAZ-Lifan X50 və X60 (SUV), NAZ-Lifan 320 və 330 (Mini) modelləridir.

NAZ-Lifan 720 modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.

Elmir