Zakir Qaralov Lerikdə qəbul keçirəcək

  • By admin
  • 09 İyun 2016 12:34

 Zakir Garalov

Baş prokuror Zakir Qaralov iyunun 17-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Respublika prokurorluğu mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, Baş prokuror qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxacaq. Qəbulla bağlı vətəndaşların qeydiyyatı və Lerik şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Gülnaz Qənbərli