Zaqatalada 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, fevralın 13-də saat 23.00 radələrində rayonun Qandax kənd sakini, 1992-ci il təvəllüdlü Fərid Nəsrullah oğlu Süleymanov başında kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
Müayinə və ilkin araşdırma zamanı F.Süleymanovun şəxsi münaqişə zəminində həmkəndlisi 1989-cu il təvəllüdlü Elnur Bəhram oğlu Kərimov tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.