Zaqatalada 4 bal gücündə zəlzələ olub

  • Müəllif: admin
  • 03 May 2017 13:46

zaqatala

Bu gün Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal – şərqdə Dağıstan ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub.

Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Gununsesi.info