Zaqatalada ev yanıb - XƏSARƏT ALAN VAR

  • By admin
  • 06 Fevral 2018 23:48

Zaqatalada fərdi yaşayış evi yanıb, bir nəfərin ayağını şüşə kəsib.

Gununsesi.info xəbər verir ki, bu gün axşam saat 21:45 radələrində rayonun Lahıc kəndində, kənd sakini Vilayət Qurban oğlu Əliyevə məxsus ümumi sahəsi 165 kv/m olan, birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 3 otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və evin dam örtüyünün 80 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğının söndürülməsində köməklik edən qonşu, 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradovun sağ baldır nahiyəsini pəncərə şüşəsi kəsib. Cavidan Muradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, Cavidan Muradova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info