Zaqatala rayonu, Aşağı Tala kəndində ümumi sahəsi 28 m2 olan tütün fermentləmə sexində 2,5 ton tütün yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info