Zaqatalada traktor 8 yaşlı uşağı vuraraq öldürüb

  • Müəllif: admin
  • 07 Fevral 2018 14:10

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Gununsesi.info