Zarafat dost həyatına qıydı

  • By admin
  • 07 Sentyabr 2016 13:25

masn

Goranboy rayonun , Dəliməmmədli şəhərində iki dost arasında baş verən zarafat qəzayla nəticələnib.

Goranboy rayonunda baş verən hadisənin şahidlərinin Gununsesi.info-ya verdiyi məlumata görə,  idarə etdiyi avtomobili zarafatla dostunun üzərinə sürən sürücü ona xəsarət yetirb.  Goranboy rayon Polis Şöbəsi gununsesi.info-ya açıqlamasında faktı təsdiqləyib. PŞ-dən verilən məlumata görə, rayonun Dəliməmmədli şəhərində baş vermiş avtoqəza zamanı piyada, 1985-ci il təvəllüdlü Tural Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. 

Zərərçəkmişin atasının polisə verdiyi məlumata görə, hadisəni oğlunun dostu olan Sadiq adlı şəxs törədib. Belə ki, o, idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən zarafatla yol kənarında dayanan T.Rustəmovun üzərinə sürüb. Oğlu avtomobilin önündən qaça bilməyib. Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb.

Baş vermiş hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info