Zaur Baxşəliyevin prodüseri prokurorluqda dindirilib - İlhamə Quliyevanın işinə görə

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 18:14

faiq

Azad Azərbaycan televiziyasının əməkdaşı, mərhum İlhamə Quliyevanın mətbuat katibi prodüser Faiq Ələkbərli prokrorluqda dindirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, mərhum İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın işində günahlandırılan prodüserin yaxın zamanda həbs olunacağı gözlənilir.

Xalq artisti İlhamə Quliyavanın məlum hadisələrdən dolayı köməkçisi Mehriban Hüseynovadan qisas alaraq, ondan yalvararaq üzr istəməsi videolarını çəkməkdə günahlandırılan Faiq Ələkbərli İ.Quliyevanın sağlığında  istintaqdan yayına bilsə də, bu dəfə onun məsuliyyətdən qurtara bilməyəcəyi bildirilir.

ATV kanalının rəhbərliyi tərəfindən də xəbərdarlıq edilən prodüserin birinci dəfə istintaqdan yayınmağında aparıcı Zaur Baxşəliyev və İlhamə Quliyevanın rolu olduğu məlum olub. Mehriban Hüseynovanın təhqir videolarını çəkərək mətbutda paylaşan prodüser Faiq Ələkbərlinin bundan əlavə də bir çox cinayət məsələlərində adı hallanır. Onun bir vətəndaşı aldadaraq,  saxta sənədlərlə bahalı ev satması haqda da prokrorluğa şikayət edildiyi bildirilir. Verilən məlumatda bir çox məsələlərdə Faiq Ələkbərlini hüquqlarını müdafiə edən tanınmış vəkil Şəfiqə Nağıyevanın da Ələkbərlinin prodüserlik etdiyi “Bizimləsən” verilişindən ayrıldığı, onların münasibətlərinin pozulduğu, məşhur vəkilin Xəzər telekanalında Xoşqədəm Hidayətqızının “Bizə danış” verilişinə keçməsi də tanınmış prodüserin yaxın zamanlarda həbs olunacağı ehtimalını artırır. Eyni zamanda Mehriban Hüseynovanın işinin millət vəkili Çingiz Qənizadənin müraciəti əsasında baş prokror Zakir Qaralov tərəfindən nəzarətə götürülməsi, bu iş barədə hər hansı bir  şəxsin müdaxiləsini məhdudlaşdırır.

Qeyd edək ki, Faiq Ələkbərlinin bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməsi haqda da mətbuatda xəbərlər dərc olunmuş, hətda bununla bağlı polisə çağrılaraq xəbərdarlıq edilmiş, sonradan həbs olunma təhlükəsi ilə üzləşsə də İlhamə Quliyevanın köməkliyi ilə bundan yayına bilmişdi.

 Gülnaz Qənbərli

Gununsesi.info