Zaur Kamal Kərim Abbasovu ələ saldı - "NİYƏ ZARIYIRDIN?" (VİDEO)

  • By admin
  • 06 Yanvar 2018 12:40
Müğənni Kərim Abbasov “5/5” verilişinin qonağı olub. 
Gununsesi.info xəbər verir ki, sənətçi proqramda “Bu sevda” mahnısını canlı oxuyub. Onun bu ifası aparıcı Zaur Kamalın xoşuna gəlməyib.
Zaur Kərimə “Niyə zarıyırdın ay Kərim? Yeganə də deyir bu xəstədir, buna nə olub? Zarımaq lazımdır? Bunu bir saat əvvəldən məşq edib gəlib oxuyardın” sözlərini deyib.
Müğənni aparıcıya “Sevdadan oxuyuram. Gülə-gülə oxuyum? Hər bir musiqini oxuyanda yaşamalısan. Çox gözəl alındı. Yaxşı tərəfdən bax, niyə hər şeyə pis tərəfdən baxırsan? Səni qınamıram, sən Zaursan” cavabını verib.
Gununsesi.info