Zavoda basqın oldu, mühafizəçilərə ağır xəsarət yetirildi

  • By admin
  • 05 Dekabr 2016 10:28

demir

Bakıda zavoda basqın olub.

Gununsesi.info bildirir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri – 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axytarışları davam etdirir.

Gununsesi.info