Zelenski müharibədə strateji dönüşdən danışdı: " BİZ QƏLƏBƏYƏ GEDİRİK"

  • By admin
  • 11 Mart 2022 18:17

“Ukrayna Rusiya ilə müharibədə strateji dönüşə nail olub”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“Emosiyalar insanlarla pis oyun oynayır. Biz səfərbər olanda, hərbi qələbələrimizi və düşmənin itkilərini görəndə mübarizənin tezliklə sonlanacağını gözləyirik. Ancaq hələ vaxt lazımdır. Hələ səbir etməyə, müdrikliyimizə və enerjimizə ehtiyacımız var. Birlikdə qələbəyə çatmaq üçün işimizi maksimum dərəcədə yerinə yetirmək bacarığı gərəkdir. Ukrayna torpaqlarını hələ neçə gün azad etməli olduğumuzu söyləmək mümkün deyil, amma biz bunu edəcəyik! Çünki biz artıq strateji dönüşə nail olmuşuq. Qələbəmizə doğru gedirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu ukraynalılar üçün vətən müharibəsidir.

V.Zelenski həmçinin Rusiyaya qarşı Ukraynanın tərəfdaşlarının sanksiyalarının vacib olduğunu bildirib:

“Rusiya bu qorxunc müharibənin əvəzini ödəməlidir. Hər gün ödəməlidir”.

Gununsesi.info