Zelenski ona vəzifə verdi

  • By ilhame
  • 26 Mart 2024 20:14

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə müvafiq fərmanı Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

 

Fərmana əsasən, bu vəzifəyə Oleq İvaşenko gətirilib.

 

Qeyd edək ki, daha əvvəl bu postda Aleksandr Litvinenko çalışıb. O, bu gün vəzifəsindən azad olunaraq ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

Gununsesi.info