Zelenski Rusiyaya qarşı sanksiyalardan danışdı: "Bu, hələ başlanğıcdır"

  • By admin
  • 15 Mart 2022 09:07

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, o, bu barədə Prezident Aparatının “Telegram” kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

“Avropa İttifaqı Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təsdiqləyib. Əminəm ki, sonuncu deyil. Biz tərəfdaşlarla Rusiya dövlətinə qarşı tətbiq olunacaq yeni məhdudiyyətlər üzərində işləyirik. Müharibə üçün məsuliyyət daşıyan hər kəs , demokratiyanın məhvinə görə məsuliyyət daşıyan hər kəs, insanlara qarşı repressiyalara görə cavabdeh olan hər kəs cavabını alacaq. Bu isə hələ başlanğıcdır”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, martın 14-də Aİ-yə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi Rusiya Federasiyasına qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Gununsesi.info