Zelenski Təhlükəsizlik Xidmətinin rəislərini işdən çıxardı

  • By admin
  • 15 Avqust 2022 14:24

Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Kiyev, Lvov və Ternopol vilayətləri üzrə department rəhbərlərini vəzifədən azad edib.

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısı Aparatının saytında dərc edilib.

İşdən çıxarılanlar Sergey Zayats (Kiyev vilayəti), Yuri Boreyçuk (Ternopol vilayəti) və Artem Bondarenkodur (Lvov vilayəti).

Onlardan yalnız Artem Bondarenko yeni təyinat alıb. Belə ki, o, Təhlükəsizlik Xidmətinin Kiyev regionu üzrə baş idarəsinin rəisi təyin edilib.

Gununsesi.info