Zelenski: “Ukrayna qaz tranzitindən 7 milyarddan çox qazanacaq” – FOTO

  • By admin
  • 31 Dekabr 2019 09:08

Rusiya və Ukrayna beş il müddətinə Rusiya qazının tranzitinə dair müqavilə imzalayıblar.

Gununsesi.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, yeni müqaviləyə əsasən Ukrayna 5 il ərzində azı 7 milyard dollar gəlir əldə edəcək.

O həmçinin bildirib ki, müqavilə daha 10 il müddətinə uzadıla bilər.

Ukrayna prezidentinin sözlərinə görə, ölkənin qaz nəqliyyat sistemi yüklənəcək və bu vətəndaşların enerji təhlükəsizliyini və rifahını təmin edəcək.

Qeyd edək ki, müqaviləyə əsasən Rusiyanın “Qazprom” şirkəti birinci ildə 65 milyard kubmetr, sonrakı dörd il ərzində isə ildə 40 milyard kubmetr qaz nəql etmək öhdəliyini üzərinə götürüb.

 

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org