Zelenskidən Putinə: Nədən qorxursunuz?

  • By admin
  • 03 Mart 2022 21:18

Müharibənin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoq vacibdir.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam. Mən normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, biz terrorçu deyilik. Biz bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da ələ keçirmirik”, – prezident bildirib.

Gununsesi.info