Zelenskini öldürmək üçün göndərilən “kadırovçuların” məhvi: ŞOK DETALLAR AÇIQLANDI - VİDEO

  • By admin
  • 02 Mart 2022 16:00

Xəbər verildiyi kimi Ukraynanın Təhlükəsizlik Xidməti ötən gün prezident Volodimir Zelenskini öldürmək üçün Kiyevə göndərilən “kadırovçuların” məhv edildiyini rəsmən açıqlayıb.

Təhlükəsizlik Xidməti bildirib ki, “kadırovçuların” Zelenskini öldürmək üçün göndərildiyini onlara Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbə sızdırıb, həmin mənbə müharibəyə qarşı olub. Əldə edilən informasiya nəticəsində “kadırovçuların” Ukraynaya soxulmasından etibarən onların hərəkəti izlənilib və fevralın 26-da Kiyev ətrafındakı Hostomel şəhəri yaxınlığında onların hərbi kalonuna sarsıdıcı zərbələr endirilib. Nəticədə “Kadırov polku” kimi tanınan və “Rosqvardiya”nın Çeçenistanda yerləşən 141-ci polkunun komandiri, Ramzan Kadırovun ən yaxın adamlarından olan general Maqomed Tuşayev də daxil olmaqla çoxsaylı “kadırovçular” məhv edilib. “Kadırovçuların” qalanı isə fevralın 27-də Kiyev ətrafındakı Buça şəhərində məhv edilib.

“Ukrayna həqiqəti” nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu əməliyyatın detallarını açıqlayıb. Nəşrin yazdığına görə, prezident Zelenskini və Ukrayna rəhbərliyini məhv etmək tapşırığı prezident Putin tərəfindən Ramzan Kadırovun qarşısında fevralın 3-də qoyulub. (Həmin gün Kreml Putinin Kadırovu qəbul etdiyini bildirib, – red.)

Ukrayna rəhbərliyini öldürmək üçün hazırlanan qruplaşmaya Kadırovun köməkçisi Daniil Martınov rəhbərlik edirdi. Nəşr Martınovun bu əməliyyata hazırlıqla bağlı Kadırovla telefon danışıqlarını da yayıb. Həmin telefon danışıqlarında Martınov Kadırova əməliyyata hazırlığın gedişini müzakirə edir, ona hər şeyin qaydasında olduğunu bildirir.

Daniil Martınov:

– Hörmətli Ramzan Kadıroviç, əziz “şef”, əssalamun-əleyküm, axşamınız xeyir. Şef, Allaha şükür, bizdə hər şey qaydasındadır, heç bir “çp” yoxdur, bütün məsələləri müzakirə etdik, detalları ölçüb-biçdik, bütün xüsusi təyinatlı bölmələrlə, o cümlədən Müdafiə Nazirliyi və Xüsusi Əməliyyatlar Qüvvələri (Rusiyanın,-red.) ilə, hansılarkı bilavasitə onlarla işləyəcəyik, qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. O tərəfdə (Ukraynada,-red.) hərəkət edəcəyimiz marşrutu və bilavasitə şəhərdə (Kiyevdə,-red.) necə hərəkət edəcəyimizi müəyyənləşdirdik. Şef, bütün planlar tərtib edilib, xəritələri, sxemləri hazırlamışıq. Uşaqlar hər şeyi öyrəniblər, Hüseyn və Maqomed (Tuşayev,-red.) onlara bütün vəzifələrini elan ediblər. Bizdə, şef, hər şey qaydasındadır, növbəti plan belədir ki, şef, biz bu gecə Moskvaya gedirik, sabah Smolenskə uçacağıq, orada bizim əsas qruplaşmamız yerləşir, “Rosqvardiya”. Məhz bu vəzifə ilə bağlı. Orada biz şəhərə daxil olmaq və orada işləməklə bağlı bütün planlarımızı müzakirə edəcəyik, bütün sənədləri imzalayacağıq. Və oradan Bryanskdakı uşaqların yanına hərəkət edəcəyik. Orada onların tapşırıqlarını verəcəyik, bilavasitə hazırlıq işlərini görəcəyik, texnikanı və təchizatı hazırlamağı tapşıracağıq. Şef, sizin qarşıya qoyduğunuz istənilən vəzifəni, istənilən əmrinizi yerinə yetirməyə hazırıq, bizdə hər şey qaydasındadır, şef, sizi məyus etmərik. Əhməd qüvvədir! (“kadırovçular”ın şüarı, – red.)

Yarıyuxulu olduğu hiss edilən Ramzan Kadırov:

– Salam, qardaş. Dediklərini eşitdik. Sizlər üçün dua edirik (əsnəyir, – red.), hər şey yaxşı olacaq, inşallah.

– Daniil Martınov: (növbəti zəng)

– Ramzan Əhmədoviç, əziz böyük qardaş, əssalamun-əleyküm, hər vaxtınız xeyir olsun. Şef, Allaha şükür, bizdə hər şey qaydasındadır. Hər hansı gözlənilməz hadisə yoxdur, şef, elə indicə Smolenskdə hazırlıqları başa çatdırdıq. Elə indi yekun məruzəni etmək üçün getdim, orada bütün məqamları danışdım, hansı ki, sərhədi keçəndən sonra bizi gözləyə bilər. Şef, orada bizim edəcəyimizi tam şəkildə rəhbərlik dəstəkləyir,  bu gün mən izah etdim, bölmələrin tərkibində necə hərəkət edəcəyik, bizim xüsusi təyinatlı bölmələrimiz hücumu dəf etmək üçün necə hərəkət edəcək, pusquya düşsək nə edəcəyik, hamısını ölçüb-biçdik. Hərəkət marşrutu barədə. Bu haqda da bütün planlar hazırdır. Mən ayrıca olaraq şəhərdə (Kiyevdə) necə hərəkət edəcəyimizi də blok halında müzakirə etdim, yəni haranı bloklayacağıq, hansı binalara girəcəyik. Nəyi nəzarət altına götürəcəyik, kimlərlə qarşılıqlı əlaqədə hərəkət edəcəyik, bütün bunların hamısı hazırdır. Şef, Hüseyn və Maqomed 200 faiz qarşıya qoyulan vəzifəyə yükləniblər, onlar hər şeyi bütün detalları ilə bilirlər, öyrəniblər.

Biz təbii ki, bir komanda kimi işləyirik, heç kimdə heç bir çətinlik olmamalıdır. Şef, indi əşyaları yığırıq, bütün sxemləri, xəritələri, planları özümüzlə götürəcəyik. Və bizim bölmələrlə birlikdə Bryanska gedirik.

– Ramzan Kadırov:

– Çox yaxşı, planlaşdırılanın hamısını eləmisiniz…

-Daniil Martınov (bu dəfə Bryanskdan zəng vurur)

– Hörmətli Ramzan Kadıroviç, əziz “şef”, əssalamun-əleyküm, biz Bryanska gəlib çatdıq. Şef, mən indi buradan təcili Moskvaya getməliyəm, orada bizim üçün təmiz Ukrayna sim-kartları hazırlayıblar. Hər ehtimala qarşı. Və xüsusi peyk modemləri. Əgər orada bizim rabitəni bloklasalar əlaqə saxlamaq üçün. Şef, sabah səhər tezdən gedib onları götürüb dərhal geri qayıtmağa hazırlaşıram. Bu gün biz, şef, əsas qüvvələrimizi daha münasib, daha strateji əraziyə çıxardacağıq ki, yekun həmlə edək. Hər şey qaydasında keçdi, əlbəttə, bugünkü kalon çox güclü idi. Bizimlə birlikdə digər qüvvələr də hərəkətə keçdi, 500-dən çox zirehli texnika.

– Ramzan Kadırov:

-Salam, Daniil, şükür Allaha ki, normal gedib çıxmısınız. Allah eləsin tikinti və inşaat uğurla başa çatsın.

Daha sonra “kadırovçuların” kalonunun Ukraynaya doğru necə hərəkətə keçdiyinə dair kadrlar yer alır. Kadr arxasından danışan şəxsin dediklərindən məlum olur ki, kalonda 250 vahiddən çox texnika və 1500-dən çox şəxsi heyət var. Bura həm də Rusiya xüsusi təyinatlı qüvvələri daxildir. Onlar “Tiqr” zirehli maşınlarında, BTR-lərdə, “Kamaz”larda və digər texnikada hərəkət edirlər.

Lakin fevralın 26-da Kiyev ətrafındakı Hostomel şəhərinin yaxınlığında “kadırovçuların” və onlarla birlikdə Zelenskini öldürmək, Kiyevdə hakimiyyəti ələ keçirmək üçün göndərilən digər xüsusi təyinatlıların kalonu havadan və qurudan şiddətli zərbələrlə məhv edilib. Və həmin Maqomed də artıq sağ deyil…

Gununsesi.info