Zelenskinin Ofisi qarşısında toqquşma – 27 polis YARALANDI - VİDEO

Kiyevin mərkəzində Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin qarşısında toqquşmalar baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pravda.ua məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, qarşıdurma nəticəsində 27 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Toqquşmalar polis və insan oğurluğuna görə yeddi il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.