Zelenskinin təyyarəsi PUA təhlükəsi ilə üzləşdi

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2026 23:14

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi ötən gün Norveçə uçuş zamanı az qala PUA ilə toqquşacaqdı.

Gununsesi.info  xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe məlumat verib.

“Bu, onun qarşılaşdığı reallıqdır”, – deyə o bildirib.

Qeyd olunur ki, Zelenski çərşənbə axşamı axşam Moldovadan Osloya səfər edib. Çərşənbə günü səhər Störe Zelenskini öz kabinetində qəbul edib.

Gununsesi.info