“Zeytun budağı” əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub

  • Müəllif: admin
  • 03 Fevral 2018 19:38

Davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində 2 türk hərbçisi həlak olub.

Gununsesi.info xəbər verir ki, hərbçilərdən biri Suriyanın şimal-qərbində terrorçularla toqquşma zamanı həlak olub, digəri isə terrorçuların Türkiyənin Kilis əyalətində hərbi hissəyə hücumu nəticəsində həlak olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info