“Zeytun budağı” çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub

  • Müəllif: admin
  • 08 Fevral 2018 21:05

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub.

Gununsesi.info xəbər verir ki, həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info