Zimbabve prezidenti çevrilişdən sonra ilk dəfə insanların önünə çıxdı

  • Müəllif: admin
  • 17 Noyabr 2017 15:16

Zimbabvenin prezidenti Robert Muqabe bu gün yerli universitetə gəlib və bu saata qədər oradadır.

Gununsesi.info məlumatına əsasən, bu barədə “Ria Novosti”yə yerli mühafizənin nümayəndəsi xəbər verib.

“Bəli, o, içəridədir”, – deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Zimbabvedə hərbi çevrilişin baş verməsi və dövlət başçısının ev dustağı edilməsi ilə bağlı xəbər yayıldıqdan sonra Muqabe ilk dəfə olaraq ictimai yerdə görünüb.

Gununsesi.info