Nyu-York meri seçkilərində Demokratlar Partiyasının namizədi, sosialist-müsəlman Zokhran Mamdani qalib gəlib. “Deutsche Welle”nin məlumatına görə, 4 noyabrda keçirilən seçkilərin ilkin, qeyri-rəsmi nəticələrinə əsasən, Mamdani səslərin 50,35 faizini toplayıb.
Digər iki namizəd – Respublikaçı Körtis Sliva 7,14 faiz, müstəqil namizəd kimi iştirak edən Nyu-York ştatının sabiq qubernatoru Endryu Kuomo isə 41,6 faiz səs qazanıb.
34 yaşlı Zokhran Mamdani son 100 ildən artıq müddətdə şəhərin ən gənc meri olmaqla yanaşı, bu posta gələn ilk müsəlman və Afrika mənşəli şəxs olacaq. O, Uqandada anadan olub.
Günay













