Əfqanıstanda törədilmiş terror aktında ölənlərin sayı 56 nəfərə çatıb

  • By admin
  • 22 Oktyabr 2017 15:38

be735638-c305-4974-90a0-e8f31111c8e3
Əfqanıstanın paytaxtı Kabildə, şiə məscidində törədilmiş terror aktında ölənlərin sayı 56 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 55 nəfər xəsarət alıb.
Qeyd edək ki, terror aktı paytaxtın Daşti Barçi rayonunda, “İmam Zaman” məscidində törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Bundan əlavə, ölkənin hakimiyyət orqanları hadisəni törədən terrorçunun Türkmənistan vətəndaşı olması barədə xəbəri təkzib ediblər.
Gununsesi.info