Ərdoğan ona saqqal buraxmağa icazə vermədi

  • By admin
  • 22 İyun 2017 21:16

fidan_rdoan (1)

 

Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Kamal Öztürkün AKP-də bığ olayı ilə bağlı qələmə aldığı “Bu yazıdan dolayı başıma bir şey gələrsə” başlıqlı yazısı medianın gündəminə çevrilib.

Axar.az xəbər verir ki, yazar Milli İstehbarat Təşkilatının (MİT) lideri Hakan Fidanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş verən dialoqu nəql edib.

“Ötən il MİT şefi Hakan Fidan fövqəladə toplantıdan sonra saqqal buraxmaq üçün Ərdoğandan icazə istəyir. Həm çox səfər etməsini, həm də üzünün qıcıqlanmasını əsas gətirir. Ərdoğan isə ona icazə verməyib, sadəcə bığ buraxmağı məsləhət görür. O əsnada dövlət başçısının xüsusi müşaviri Həsən Doğan içəri daxil olur. Ərdoğan ona “Həsənin də bığı yoxdur. Nə üçün bığ saxlamırsan? – deyə sual verər. Və o zamandan bəri bu bığ zarafatı sistematik qaydaya çevrilər”, – Öztürk məqaləsində qeyd edib.

 

Gununsesi.info