Qənirə Paşayeva Prezidentə təşəkkür etdi…

  • By admin
  • 22 İyun 2017 21:10

ganira_pashayeva_180215_1

“Əziz Tovuzlular!Sizinlə önəmli bir xəbəri paylaşmaq istəyirəm.Güclü dolu nəticəsində evlərinin dam örtüyü yarrasız vəziyyətə düşən Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan,Cəlilli, Mülkülü sakinləri!”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, bu gün Baş Nazir Tovuzda evlərinin dam örtüyü güclü dolu nəticəsində yarasız vəziyyətə düşən sakinlərimizə şifer yardımı edilməsi üçün sənəd imzaladı,bunun üçün maliyyə vəsaiti ayrıldı:

“İnşallah yaxın günlərdə sizə şifer yardımı ediləcək. Bir daha ötən günü sizi təmsil edən millət vəkili olaraq məni qəbul edən, vəziyyəti və sizin xahişlərinizi çatdırmam üçün geniş zaman ayıran və bu gün dəstəklə bağlı sənəd imzalayan Baş nazirimiz Artur müəllimə,ilk növbədə isə bu məsələni diqqətdə saxlayan və sizin üçün bu çətin günlərdə dəstək olan cənab Prezidentimizə təşəkkür edirəm.

İnşallah yaxın günlərdə rayon icra qurumları, müvafiq qurumlar şiferləri sizə təqdim edəcək. Allah dövlətimizi hər zaman qorusun və daha da güclü etsin”.

KAMİL

Gununsesi.info